Bu gün İtaliya A seriyasında XXVI turun daha 3 görüşü keçirilib. Matc.az saytının məlumatına görə, "Milan" doğma azarkeşləri önündə "Sassuolo"ya avtoqol sayəsində qalib gəlib.
Paytaxt derbisində "Latsio" "Roma"nı qəbul edib. Oyun ev sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib.
İtaliya A seriyası
XXVI tur
"Empoli" - "Parma" - 3:3
Dellorko, 19; Kaputo, 59 (pen.); Silvestre, 90+1 - Jervinyo, 13; Riqoni, 45+1; Bruno Alves, 82
"Milan" - "Sassuolo" - 1:0
Lirola, 35 (avtoqol)
"Latsio" - "Roma" - 3:0
Kaysedo, 12; İmmobile, 72 (pen.); Kataldi, 89