"Böyük beşlik" ölkələrində növbəti yeri "Reyms"in qapıçısı Yevann Diuf (83,9%) tutub. Nik Poup ("Nyukasl", 82,3%) üçüncü, Xeronimo Ruli ("Vilyarreal", 82,1%) dördüncü, Kepa Arrisabalaqa ("Çelsi", 82%) isə beşinci yerdə qərarlaşıb.

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen dəf edilən zərbələrin faizinə görə, Avropanın ən yüksək 5 liqasına başçılıq edir. Matc.az xəbər verir ki, almaniyalı qolkiper İspaniya çempionatının cari mövsümündə zərbələrin 84,6 faizində xilaskar rolunu oynayıb.
 
"Böyük beşlik" ölkələrində növbəti yeri "Reyms"in qapıçısı Yevann Diuf (83,9%) tutub. Nik Poup ("Nyukasl", 82,3%) üçüncü, Xeronimo Ruli ("Vilyarreal", 82,1%) dördüncü, Kepa Arrisabalaqa ("çelsi", 82%) isə beşinci yerdə qərarlaşıb.
 
Araşdırma zamanı minimum 25 seyv edən qapıçılar nəzərə alınıb.
 
Qeyd edək ki, "Barselona" La Liqada keçirdiyi 17 görüşün 13-də qapısının toxunulmazlığını qorumağı bacarıb. Cəmi 6 qol buraxan kataloniyalılar bu baxımdan aparıcı Avropa çempionatlarında liderdi.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest