İspaniya La Liqasının XIX  turunda "Real Sosyedad"la qolsuz bərabərə qalan "Real"ın uğurlu seriyasına son qoyulub. Matc.az xəbər verir ki, "kral klubu" 2022-23 mövsümündə ilk dəfə rəqib qapısına yol tapa bilməyib.
 
Madridlilər buna qədər bütün turnirlərdə keçirdiyi 29 qarşılaşmanın hamısında ən azı bir qol vurmağı bacarıb. Qol seriyası "Santyaqo Bernabeu"da baş tutan 30-cu oyunda başa çatıb. "Real Sosyedad"la matçda Karlo Ançelottinin yetirmələri 20 zərbə vurmaq imkanı əldə etsə də, bunun heç birində toru silkələmək mümkün olmayıb.
 
Qeyd edək ki, "Real" hazırda 42 xalla La Liqada ikinci pillədə yer alıb. Lider "Barselona"nın isə aktivində 47 xal var.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest