Əliyar Ağayev daha bir beynəlxalq oyuna təyinat alıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli hakim AVRO-2024-ün seçmə mərhələsində Bolqarıstanla Monteneqro arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.
 
Martın 24-dəki matçda ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Kamal Umudlu olacaq.
 
Qeyd edək ki, Bolqarıstan – Monteneqro oyunu martın 24-də "Ludoqorets Arena"da olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest