Azərbaycan millisinin və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayevin doğum günüdü. 23 yaşı tamam olan futbolçu Samara klubunun yutub kanalına maraqlı müsahibə verib. Ona əsasən gündəlik həyatında gördüyü işlər barədə suallar ünvanlayıb.

Azərbaycan millisinin və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayevin doğum günüdü. Matc.az xəbər verir ki, 23 yaşı tamam olan futbolçu Samara klubunun yutub kanalına maraqlı müsahibə verib.

Ona əsasən gündəlik həyatında gördüyü işlər, şəxsi maraqları, sosial şəbəkələrdəki fəallığı və s. barədə suallar ünvanlayıb. Müsahibənin müəyyən hissəsini təqdim edirik.

- Sonuncu dəfə kimə zəng vurmusunuz?

- Valideynlərimə, daha dəqiqi, atama. Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdəki, baxçadakı vəziyyətləri ilə maraqlanıram.

- "Votsap"da son mesajınız nə olub?

- Dostlarımla "Yuventus" - "Atletiko" oyununu müzakirə etmişik. Hamı Ronaldodan yazır: Ronaldo möhtəşəmdi, maşınıdı.

- Hansı musiqiləri bəyənirsiniz?

- Son vaxtlar, ümumiyyətlə, musiqiyə qulaq asmıram. Axırıncı dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Musiqiyə az-az qulaq asıram. Paltardəyişmə otağında kimsə mahnı qoşanda eşidirəm.

- Futbol olmasaydı...

- Futbolu seçməsəydim, taleyimin necə olacağını bilmirəm. Amma boksu xoşlayıram. Özümü bu idman növündə və ya basketbolda sınayardım.

- Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz?

- Zəngli saat mənə tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Ondan sonra yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest