"İnter"in baş məşqçisi Simone İnzaqi çempionlar Liqasının yarımfinalında "Milan"la keçiriləcək cavab oyunu ilə bağlı düşüncələrini bölüşüb. Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis ən vacib görüşə çıxacaqlarını söyləyib:
 
"Bu, "İnter" tarixinin ən vacib oyunlarından biridi. Arzumuzu gerçəkləşdirmək və finala yüksəlmək üçün aydın düşüncə və isti ürəklə çıxış etməliyik. İlk oyunda 2:0 hesablı qələbə qazansaq da, "Milan" möhtəşəm komandadı, əla oyunçuları var. Azarkeşlərimiz həmişə bizimlə olublar. Həm yaxşı gündə, həm də çətin vaxtlarda. Onların dəstəyinə yenə ehtiyacımız var".
 
Qeyd edək ki, bu gün keçiriləcək "İnter" – "Milan" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest