"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola çempionlar Liqasının yarımfinalında "Real"a qarşı keçirdikləri cavab oyununu (4:0) şərh edib.
 
Matc.az xəbər verir ki, o, meydanda tamaşa göstərdiklərini deyib:
 
"Evdə keçirdiyimiz matçlarda azarkeşlərin qarşısında özümüzü çox rahat hiss edirik. Keçən il "Real"a uduzmaq çox ağrılı idi.
 
Hamı futbolçularımda xarakterin olmamasından danışırdı. Biz necə komanda olduğumuzu meydanda göstərdik. çempionlar Liqasının finalına çıxırsansa, bunu qeyd etməlisən.
 
Bernardo Silva həyatımda gördüyüm ən yaxşı futbolçulardan biridir. Görüşün ilk dəqiqələrindən hiss edirdim ki, oyunçularım hazırdırlar. Sakit idilər, zarafatlar edirdilər. Elə bu səbəbdən, heç bir narahatlıq və gərginlik hiss etmədim. Meydanda əsl tamaşa göstərdik.
 
Açığı, finalda İtaliya klubu ilə qarşılaşmaq ən yaxşı hədiyyə ola bilər. "İnter" rəqabətədavamlı komandadır. Matça psixoloji hazırlaşmaq üçün vaxtımız var".
 
Premyer Liqa təmsilçisi "kral klubu"nu iki oyunun nəticəsinə əsasən məğlub edib. Onlar finalda İtaliya "İnter"i qarşılaşacaq.
 
çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest