Misli Premyer Liqadasında  mövqeyini son anda qoruyan "Səbail" heyətində "təmizləmə işləri"nə başlayıb. Matc.az saytının əldə etdiyi məlumata görə, Bakı klubu artıq iki futbolçusu ilə yollarını ayırıb.
 
Qəsəbə təmsilçisi iki əcnəbi hücumçusunu saxlamağa ehtiyac duymayıb. Bunlar portuqaliyalılar Qoba Zakpa və Kizito Luvaqadı. Hər iki forvardın klubla müqaviləsi başa çatıb.
 
Rəhbərlik isə onlarla yeni saziş imzalamamaq qərarına gəlib. Buna səbəb Zakpa və Luvaqanın geridə qalan mövsümdəki performanslarının ürəkaçan olmamasıdı.
 
Qeyd edək ki, bu mövsüm Qoba Zakpa Premyer Liqada 5, Kizito Luvaqa isə 1 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest