"Zirə"də ilk rəsmi ayrılıq baş tutub. Matc.az xəbər verir ki, hücumçu Loris Broqno yola salınıb. Bunu belçikalı forvard özü instaqram səhifəsində yazıb.
 
O, müqaviləsini yeniləməyəcəyini bildirib: "Azərbaycanda keçirdiyim bu iki il üçün "Zirə"yə təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır".
 
Qeyd edək ki, Loris Broqno 2021-ci ilin yayından bəri "Zirə"nin formasını geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest