9 il əvvəlki matçda 1:1 hesabı qeydə alınıb və penaltilər seriyasında "Qəbələ" 3:2 hesablı qələbə qazanaraq, kuboku başı üzərinə qaldırıb.

"Neftçi" və "Qəbələ" tarixində ikinci dəfə Azərbaycan Kubokunun finalında qarşılaşacaq. Matc.az xəbər verir ki, bu komandaların 3299 gündən sonra həlledici qarşılaşmada ikinci dueli olacaq.
 
Buna qədər birinci və sonuncu dəfə tərəflər 2013-14 mövsümünün finalında üz-üzə gəliblər. 9 il əvvəlki matçda 1:1 hesabı qeydə alınıb və penaltilər seriyasında "Qəbələ" 3:2 hesablı qələbə qazanaraq, kuboku başı üzərinə qaldırıb. 
 
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək 31-ci Azərbaycan Kubokunun final oyunu saat 20:00-da start götürəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest