"Qəbələ" bu mövsüm Azərbaycan Kubokunda keçirdiyi heç bir oyunda məğlub olmayıb. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" yalnız bir dəfə rəqibin heç-heçə etməsinə imkan verib.
 
Bu, 1/4 final mərhələsinin "Qarabağ"la səfərdə keçirilən ilk oyununda yaşanıb. Həmin görüş 2:2 hesabı ilə nəticələnib. Elmar Baxşıyevin yetirmələri qalan 4 matçın hamısında qələbə qazanıb.
 
Bölgə təmsilçisi indiyə qədər 5 dəfə mövsüm ərzində kubokda uduzmayıb. Bu, 2011-12, 2012-13, 2013-14, 2015-16 və 2019-20 mövsümlərinə təsadüf edib. Ancaq komanda həmin mövsümlərin heç birində kuboku qazana bilməyib.
 
Qeyd edək ki, Azərbaycan Kubokunda 2022-23 mövsümünün finalı sabah keçiriləcək. "Neftçi" ilə "Qəbələ" arasındakı həlledici görüş "Bakcell Arena"da olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest