"İndi ancaq çempionlar Liqasının finalını düşünürəm". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib.

İngiltərə Kubokunun finalında "Mançester Yunayted"i məğlub edən "şəhərlilər"in çalışdırıcısı növbəti hədəflərindən danışıb.

İspaniyalı mütəxəssisin sözlərinə görə, komanda əsas diqqətini "İnter"lə oyunun hazırlığına yönəldəcək: "Futbolçulara bildirmək istəyirəm ki, yalnız növbəti rəqibi, "İnter"i düşünün. Onları məğlub etmək üçün nə edə biləcəyimizi düşünün. "İnter" də bunu edəcək və bundan sonra hər şeyin necə getdiyini təhlil edəcəyik. çempionlar Liqasını qazanmaq şansından yararlanmaq üçün bütün diqqətini əsas vəzifəyə - finalda qalib gəlməyə yönəltməlisən. İmkan daxilində bunu etməyə çalışacağıq".

Jurnalistlərin "Final öncəsi nə qədər həyəcanlısınız" sualına gəlincə, Qvardiola ehtiyatlı danışıb: "Bizim cəmi bir oyunumuz qalıb. Demirəm ki, mütləq qalib gələcəyik. Əsas deyə biləcəyim odur ki, çempionlar Liqasını qazanmaq, trebl etməkdən daha vacibdir. İnanılmaz çıxışlarımız oldu: beş Premyer Liqa çempionluğu, iki İngiltərə Kuboku və bir Liqa Kuboku. Amma layiq olduğumuz komanda sayılmaq üçün çempionlar Liqasını qazanmalıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest