"Real Madrid"in qapıçısı Tibo Kurtua bu mövsüm çempionlar Liqasında oynamaq şanslarından danışıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.  31 yaşlı qolkiper hazırda sol dizindəki ön çarpaz bağın yırtılması zədəsinin sağaldığını deyib. Avqustun 17-də belçikalı əməliyyat olunub. O, jurnalistlərə açıqlama verib: "Bu mövsüm çempionlar Liqasında oynayıb-oynamayacağımı bilmirəm. ön çarpaz bağın bərpası 7-9 ay çəkir. Mayda 8 ay olacaq.  Yəni bilmirəm. İlk növbədə özümü 100 faiz hazır hiss etməliyəm. ümid edirəm ki, mövsümün sonuna qədər bəzi matçlarda oynaya biləcəyəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest