"Napoli"nin hücumçusu Viktor Osimhen İtaliya klubu ilə mübahisə etdikdən sonra Neapol komandasının azarkeşlərinə müraciət edib.

Matc.az xəbər verir ki, Osimhen və Napoli arasında münaqişə klubun  "Tiktok" səhifəsində nigeriyalı futbolçunun 11 metrlik məsafəni qaçırmasını lağa qoyan videonu dərc etdikdən sonra baş verib. Klub bəyanat yayaraq, 24 yaşlı Osimheni heç vaxt təhqir etmək və ya ələ salmaq niyyətində olmadığını təkid edib. Oyunçu bu barədə yerli mətbuata açıqlama verib: "2020-ci ildə Neapola köçmək mənim üçün əla qərar idi. Neapollular mənə o qədər sevgi və mehribanlıq göstərdilər ki, heç kimin aramıza girməsinə icazə verməyəcəyəm. Neapolluların sevgisi məni hər zaman ürəyimlə və ruhumla oynamaq istəyi yaradır və gerbə olan sevgim sarsılmazdır və mən onu qürurla geyinirəm. Neapol sakinlərinə qarşı ittihamlar həqiqətə uyğun deyil. Ailəmin və gündəlik həyatımın bir hissəsinə çevrilmiş çoxlu Neapol dostlarım var. Nigeriyalılara və hər kəsə dəstək olduqları üçün təşəkkür edirəm. çox sağ olun, mən sonsuza qədər minnətdar olacağam.Gəlin birlik, hörmət və anlayışı yaymağa davam edək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest