"Bütün karyeram boyu bəxtim gətirdi, böyüməmə kömək edən böyük futbolçularla tanış oldum, onlardan öyrəndim"

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem mükafatlandırılıb. Matc.az xəbər verir ki, ingiltərəli futbolçu “Qızıl oğlan” laureatına layiq görülüb.
 
Gənc oyunçu bunu belə şərh edib: “Böyük tədbirə və qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu mükafatı qəbul etməkdən məmnunam. Birmingem günlərindən indiyə kimi öz üslubumun olduğunu hiss etdim və onu təkmilləşdirdim. Bütün karyeram boyu bəxtim gətirdi, böyüməmə kömək edən böyük futbolçularla tanış oldum, onlardan öyrəndim”.
 
Qeyd edək ki, Cud Bellinqem “Real”a bu il Dortmund “Borussiya”sından keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest