Turun maraqla gözlənilən qarşılaşmasında iki Əndəlüs təmsilçisi üz-üzə gəlib. "Sevilya" doğma azarkeşləri qarşısında "Betis"i qəbul edib. Beş qolun qeydə alındığı matçda sevinən tərəf meydan sahibləri olub.

Futbol üzrə İspaniya La Liqasında XXXII tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Açılış oyununda "Espanyol" öz meydanında "Alaves"i qəbul edib və çətin qələbəyə sevinib. "Barselona" "Hueska" ilə səfər oyunundan xal itkisi ilə ayrılıb. "Atletiko" isə "Selta"nı sınağa çəkib. Madrid klubu bu oyunda inamlı qələbə qazanıb.

Turun maraqla gözlənilən qarşılaşmasında iki Əndəlüs təmsilçisi üz-üzə gəlib. "Sevilya" doğma azarkeşləri qarşısında "Betis"i qəbul edib. Beş qolun qeydə alındığı matçda sevinən tərəf meydan sahibləri olub.

İspaniya La Liqası, XXXII tur
13 aprel

"Espanyol" – "Alaves" - 2:1
Pedrosa, 19. Laquardia, 47-öz qapısına – Kalyeri, 56.

"Hueska" – "Barselona" - 0:0

"Atletiko" – "Selta" - 2:0
Qrizmann, 42. Morata, 74.

"Sevilya" – "Betis" - 3:2
El Haddadi, 26. Sarabia, 59. Vaskes, 64 – Lo çelso, 55. Telyo, 82.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest