16 Aprel 2019, 10:12
FUTBOL
Afrika çempionlar Liqasının 1/4 final mərhələsində xoşagəlməz hadisə yaşanıb. Matc.az saytı xəbər verir ki, "Vidad" (Mərakeş) - "Xoroya" (Qvineya) görüşündə qonaqların qapıçısı ağır zədə alıb.
Belə ki, 85-ci dəqiqədə komanda yoldaşı ilə toqquşan qapıçı Kərim Ndiayenin ayağı qırılıb. Həmin epizodda ev sahibləri 5-ci dəfə toru silkələsə də, buna sevinə bilməyib. çünki qolkiperin durumu meydandakı bütün oyunçuları göz yaşlarına boğub. Ayağı iki yerdən qırılan Ndiaye dərhal xəstəxanaya aparılıb və əməliyyat olunub.
34 yaşlı qolkiperin uzun müddətlik sıradan çıxmasına baxmayaraq, klubu ona jest edərək, mövsümün sonuna qədər olan müqavilə müddətini daha 3 illik uzadıb.