Bu gün Avropa Liqasında 1/4 final mərhəsinin ilk oyunları keçirilib.

Matc.az xəbər verir ki, bütün oyunlar eyni saatda başlayıb.

“Bayer” doğma meydanda İngiltərə “Vest Hem”lə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb. “Liverpul” “Atalanta”nı, “Benfika” isə Marsel “Olimpik”ini qəbul edib. Mersisaydlılar gözlənilmədən evdə 0:3 hesabı ilə uduzub. Portuqaliya təmsilçisi isə minimal fərqlə rəqibini üstələyib - 3:1. Yarımfinala digrə vəsiqə uğrunda İtaliya klubları – “Milan”la “Roma” mübarizə aparıblar. Görüş paytaxt təmsilçisinin 0:1 hesablı qələbəsi ilə bitib.

Mərhələnin cavab görüşləri aprelin 18-də baş tutacaq.

Avropa Liqası
1/4 finalın ilk oyunları

11 aprel

"Milan" (İtaliya) - "Roma" (İtaliya) - 0:1
Qol: Canluka Mançini, 17


"Bayer" (Almaniya) - "Vest Hem" (İngiltərə) - 2:0
Qollar: Yonas Hofmann, 83, Viktor Bonifeys, 90+1


"Benfika" (Portuqaliya) - "Marsel" (Fransa) - 2:1
Qollar: Rafa Silva, 16 (1:0), Anxel Di Maria, 52 (2:0), Pier-Emerik Obameyanq, 67 (2:1)


"Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya) - 0:3
Qollar: Canluka Skamakka, 38, 60, Mario Paşaliç, 83

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest