Azərbaycan çempionu “Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsi üçün daha bir potensial rəqibi bəlli olub. Matc.az xəbər verir ki, San Marinonun “Virtus” klubu ilk görüşündə Ağdam təmsilçisinə rəqib ola bilər.
 
Ölkəsinin çempionu olan adıçəkilən komanda I raundun ən aşağı əmsala malik komandasıdı. Bu da o deməkdi ki, “Virtus” püşkatma zamanı səpələnməmişlərdə yer alacaq. Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi” və İslandiyanın “Vikinqur” kollektivlərinin zəiflər sırasında qərarlaşacağı məlum idi.
 
“Qarabağ”la yanaşı, “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) isə səpələnmişlərdə olacaq.
 
TNS (Uels), RFŞ (Latviya), Batumi “Dinamo”su (Gürcüstan) və Minsk “Dinamo”sunun (Belarus) səbəti isə qeyri-müəyyəndi.
 
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest