"Neftçi" futbolçusu Alfa Konte Syerra Leone yığmasına çağırılıb. Matc.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidmətindən bildirilib.

Konte DÇ-2026-nın seçmə mərhələsində Cibuti və Burkina Faso yığmalarına qarşı keçiriləcək oyunlar üçün milliyə dəvət alıb. 23 yaşlı yarımmüdafiəçinin də heyətində yer aldığı Syerra Leone iyunun 5-də Cibuti ilə qarşılaşacaq. Burnika Faso ilə görüş isə bundan 5 gün sonra baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest