29 May 2024, 14:32
FUTBOL
I Liqada və əvəzedicilər liqasında 2023/2024 mövsümünün bombardirlərinə mükafatlandırılıb. Matc.az xəbər verir ki, bombardirlərə xüsusi hədiyyələr təqdim olunub.
MOİK-in hücumçusu Elmir Rəhimzadə 17 qolla I Liqada, “Qəbələ-2” komandasının futbolçusu Sənan Ağalarov isə 30 qolla əvəzedicilər liqasında mövsümün ən sərrast futbolçusu olub. Onlara mükafatlar Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov tərəfindən təqdim edilib.