Azərbaycanlı idmançı Nazim Sadıqovun UFC-də növbəti döyüşünün vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, Sadıqovun növbəti rəqibi də bəlli olub.

31 yaşlı idmançının növbəti döyüşü iyulun 13-də baş tutacaq. Sadıqov şotlandiyalı Kris Dunkanla üz-üzə gələcək. Bu, Nazimin karyerasında 14-cü görüş olacaq.

Qeyd edək ki, N.Sadıqov bunadək keçirdiyi döyüşlərin 11-də qalib gəlib, 2-də uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest