VRO-2024-də ilk dəfə altı futbolçu çempionatın bombardiri adını paylaşıb, onların hər biri üç qol vurub.

İspaniya və İngiltərə millilərinin qarşılaşdığı 2024-cü il Avropa çempionatının final oyunu başa çatıb. İspaniya yığması 2:1 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

Matc.az xəbər verir ki, AVRO-2024-də ilk dəfə altı futbolçu çempionatın bombardiri adını paylaşıb, onların hər biri üç qol vurub.

Bu adı Georges Mikuatadze (Gürcüstan), Camal Musiala (Almaniya), Kodi Qakpo (Niderland), Dani Olmo (İspaniya), İvan Şrants (Slovakiya), Harri Keyn (İngiltərə) paylaşıb.

Qeyd edək ki, UEFA final oyunundan əvvəl Avronun ən yaxşı hücumçusu mükafatı qaydasında dəyişiklik edib. Yeni qaydaya əsasən ötürmə amili nəzərə alınmayıb və ən çox qol vuran futbolçular mükafata layiq görülüb. Buna qədər ən yaxşı hücumçu mükafatını ən çox ötürmə verən oyunçu alırdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest