Gürcüstan millisinin hücumçusu Georges Mikautadze karyerasını “Lion”da davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, “Metz”in forvardı əvvəlcə “Monako”dan təklif alsa da, knyazlıq klubuna keçidinin baş tutma ehtimalı azdı. “Monako” rəhbərliyi ilə danışıqlar zamanı fikir ayrılığı yaşayan 23 yaşlı futbolçu “Lion”dan daha sərfəli təklif alıb.

Qeyd edək ki, 3 qolla AVRO-2024-ün bombardirlərindən olan Mikautadze ötən mövsüm Liqa 1-də keçirdiyi 20 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest