“Ştutqart” ötən mövsüm çoxlarını təəccübləndirdi. Komanda Almaniya çempionatında “Bavariya”nı geridə qoyaraq 15 ildən sonra Çempionlar Liqasına vəsiqə qazanmağı bacardı.
Matc.az xəbər verir ki, Almaniya klubu bu uğurun memarlarından biri, icarə əsasında çıxış edən Deniz Undavla bağlı yeni qərar verib.
“Ştutqart” 28 yaşlı forvard müqaviləsini almaq üçün ingilis “Brayton” ilə razılığa gəlib. Razılaşma ötən mövsüm Bundesliqanın gümüş mükafatçısına ən azı 30 milyon avroya başa gələcək.
“Ştutqart” Almaniya millisinin hücümçusu üçün bu qədər pulu dərhal ödəməli olacaq. Türkiyə əsilli almaniyalının klubla 2027-ci ilə qədər müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Deniz Undav ötən mövsüm “Ştutqart”da 33 matçda 19 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında futbolçunun dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.