Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Matc.az xəbər verir ki, ölkəmizi mötəbər turnirdə təmsil edən “Qarabağ” Blqarıstanda cavab qarşılaşmasına çıxıb.

Bakıda “Ludoqorets”ə gözlənilmədən 1:2 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası, səfərdə bunun əvəzini artıqlaması ilə çıxıb. “Köhlən atlar” rəqibini darmadağın edərək tarixində üçüncü dəfə pley-offa vəsiqə qazanıblar.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-offunda Zaqreb “Dinamo”su ilə qarşılaşacaq. İlk oyun 21 avqust saat 23:00-da səfərdə, cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun

13 avqust

“Ludoqorets” - “Qarabağ” - 2:7
Qollar:
Kvadvo Dua, 13, 23 (p) // Juninyo, 7, Yassin Benzia, 45 (p), Patrik Andrade, 45+5, Toral Bayramov, 93, Redon Cica, 110, Patrik Andrade, 112, Yassin Benzia, 118
(İlk oyun - 2:1)
Baş hakim: Simone Sozza
Baş hakimin köməkçiləri: Corcio Peretti, Davide İmperiale
Dördüncü hakim: Matteo Marketti
VAR hakimləri: Canluka Aureliano, Marko Serra (hamısı İtaliya)
“Ludoqorets Arena”


"Ludoqorets": 39. Hendrix Bonmann, 17. Son, 24. Oliver Verdon, 4. Diniş Almeyda, 3. Anton Nedyalkov (k), 30. Pedro Naressi, 6. Yakub Pyotrovski, 23. Deroy Duarte, 7. Rik, 12. Rvan Seko, 9. Kvadvo Dua
Ehtiyat oyunçular: Padt, Hristov, Nedelev, Tissera, Qropper, Kurtuluş, Vitru, Çoçev, Yordanov, Delev

"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo
Ehtiyat oyunçular:  12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2. Mateus Silva, 27. Toral Bayramov, 20.Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest