15 Avqust 2024, 17:13
FUTBOL
“Qalatasaray”ın hücumçusu Kərəm Aktürkoğlu tezliklə Moskva “Spartak”ının futbolçusu olacaq. Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərləri keçiddə artıq ortaq məxrəcə gəliblər.
Klublar 13 milyon avro qarşılığında transferi reallaşdırmaqda razılaşıblar. Müqavilənin detalları futbolçunun özü ilə də razılaşdırılıb. Anlaşmaya əsasən, Türkiyə millisinin üzvünün illik maaşı 3 milyon avro alacaq. Bununla Aktürkoğlu “Spartak”ın ən yüksək ödənişli oyunçusu olacaq.
Qeyd edək ki, 25 yaşlı ön xətt oyunçusu 2020-ci ildən “Qalatasaray”da çıxış edir.