Cənubi Koreyanın “Seul” klubunun futbolçusu Cessi Linqardla bağlı araşdırmaya başlanılıb. Matc.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun lisenziyasız elektrikli skuter sürməsi olub.

31 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə elektrikli skuterlə getməsi barədə paylaşım etsə də, tezliklə onu silib. Cənubi Koreya polisi hazırda futbolçunun sərxoş, həmçinin beynəlxalq sürücülük vəsiqəsinin olub-olmadığını yoxlayır.

2021-ci ildən etibarən Cənubi Koreyada elektrikli skuterləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur.

Qeyd edək ki, “Mançester Yunayted”in sabiq futbolçusu 2023-cü ilin yayında Böyük Britaniyada sürət həddini aşdığına və sərxoş halda avtomobil idarə etdiyinə görə bir il yarım sürücülük hüququndan məhrum edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest