"Barselona"nın və İspaniya milli komandasının yarımmüdafiəçisi Aytana Bonmati dünyanın ən çox maaş alan futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Dünyanın ən yaxşı idmançısı kimi "Qızıl top" və "Laureus" mükafatlarının sahibi olan Bonmati Kataloniya klubu ilə müqaviləsini uzadıb. Futbolçu ilə yeni müqavilə 2028-ci il iyunun 30-na kimi nəzərdə tutulub.

Aytana dünyanın ən çox maaş alan futbolçusu olub, lakin 26 yaşlı idmançının maaşı açıqlanmayıb.

Qeyd edək ki, Aytana Bonmati "Barselona"sının yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir. O, klubda 275 oyun keçirib və 96 qol vurub. Bonmati İspaniya klubu ilə 23 müxtəlif kubok, o cümlədən üç dəfə qadınlar arasında Çempionlar Liqası qazanıb. O, 2023-cü ilin yayında İspaniya millisinin tərkibində dünya çempionu oldu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest