Münhenqladbaxı 3:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, noyabrın 6-da keçirilən qarşılaşmada meydan sahibləri hesabı 11-ci dəqiqədə Miro Muheimin möhtəşəm qolu ilə açıblar. Qonaqlar fasiləyə az qalmış Co Skallinin 44-cü dəqiqədə vurduğu qolla tarazlığı bərpa ediblər.
Matçın taleyini dəyişən əsas hadisə ikinci hissənin əvvəlində yaşanıb. “Borussiya”nın futbolçusu Ko İtakura 49-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Rəqibin azlıqda qalmasından maksimum yararlanan “Hamburq” 60-cı dəqiqədə Şafiq Nandjanın qolu ilə yenidən önə keçib. Bu, gənc futbolçunun Bundesliqada ilk qolu olub.
Albert Qronbek isə 70-ci dəqiqədə uzaq məsafədən vurduğu möhtəşəm qolla matçın yekun nəticəsini müəyyənləşdirib – 3:1.
Qeyd edək ki, bu qələbə ilə “Hamburq” turnir cədvəlində mövqeyini yaxşılaşdıraraq aşağı pillələrdən uzaqlaşıb. Mövsümün uğursuz komandalarından olan Münhenqladbax təmsilçisi isə sonuncu pillədə qalıb.
Görüşün digər diqqətçəkən məqamı “Hamburq”un yetirməsi Bissi Mouellenin Bundesliqada debüt etməsi olub. Beləliklə, meydan sahibləri üçün uğurlu keçən axşam gənc futbolçunun karyerasında da xüsusi yer tutub.













