İngiltərənin “Arsenal” klubunun futbolçusu Bukayo Saka zədələndiyi üçün bir neçə həftə komandasına kömək edə bilməyəcək. Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Mikel Arteta məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ingiltərəli vinger ötən ay UEFA Çempionlar Liqasında “Bavariya” ilə keçirilən oyunda bud nahiyəsinin dördbaşlı əzələsindən zədə alıb. Futbolçunun bərpa prosesi gözləniləndən uzun çəkir.

Arteta Sakadan bir neçə həftə də istifadə edə bilməyəcəklərini bildirib.

Qeyd edək ki, 25 yaşlı futbolçu “Arsenal”ın hücum xəttində əsas fiqurlardan biridir. Onun yoxluğu komandanın qarşıdakı oyunlarda taktiki planlarına təsir göstərə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest