Millimiz qrup mərhələsinə martın 2-də Lixtenşteynlə ev oyunu ilə start verəcək. Martın 6-da isə səfərdə Gürcüstanla qarşılaşacaq.
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci il UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi oyunların tarixləri müəyyənləşib. Matc.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 2-ci qrupunda Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə mübarizə aparacaq.
Millimiz qrup mərhələsinə martın 2-də Lixtenşteynlə ev oyunu ilə start verəcək. Martın 6-da isə səfərdə Gürcüstanla qarşılaşacaq.
Aprelin 20-də Latviya ilə səfərdə üz-üzə gələcək komandamız dörd gün sonra Gürcüstanı qəbul edəcək. İyunun 11-də Latviya ilə evdə qarşılaşacaq Azərbaycan yığması qrup mərhələsindəki son oyununu iyunun 15-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.
Qeyd edək ki, millimizin qrup mərhələsindəki oyunlarının tam təqvimi belədir:
2 mart: Azərbaycan – Lixtenşteyn
6 mart: Gürcüstan – Azərbaycan
20 aprel: Latviya – Azərbaycan
24 aprel: Azərbaycan – Gürcüstan
11 iyun: Azərbaycan – Latviya
15 iyun: Lixtenşteyn – Azərbaycan













