İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migelin ölümündən sonra Ekvatorial Qvineya millisinin qapıçısı Xesus Ovononun yığmanın heyətindən kənarda saxlanılması qərara alınıb. Matc.az .az xəbər verir ki, 25 yaşlı qapıçı İspaniyada keçirilən ikinci divizion matçında baş verən ağır toqquşmadan sonra rəqib futbolçunun həyatını itirməsi səbəbindən bu ay keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsi oyunlarında iştirak etməyəcək.
Hadisə zamanı Ovono topu uzaqlaşdırmaq üçün irəli çıxarkən Xesus de Migel ilə toqquşub. Ağır xəsarət alan hücumçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ekvatorial Qvineya Futbol Federasiyası qapıçıya dəstəyini ifadə edib. Ovono isə baş verənləri həyatının ən ağır günləri kimi xarakterizə edib.
Qeyd edək ki, Xesus de Migelin ölümü İspaniya futbolunda böyük kədərə səbəb olub. Onun xatirəsi UEFA-nın təşkil etdiyi bir sıra oyunlarda da bir dəqiqəlik sükutla yad edilib.













