İngiltərə Premyer Liqasında “Everton” doğma meydanda “Koventri”ni 3:1 hesabı ilə məğlub edib. Matc.az.az xəbər verir ki, Liverpul təmsilçisinin evdə keçirdiyi qarşılaşmada qonaqlar hesabı açan tərəf olublar. Yann Qboho 52-ci dəqiqədə “Koventri”ni önə keçirib.

Lakin meydan sahiblərinin cavabı gecikməyib. Tyerno Barri 56-cı və 61-ci dəqiqələrdə rəqib qapısına yol taparaq komandasının geridönüşünü təmin edib. Görüşdə son nöqtəni isə 81-ci dəqiqədə Kiernən Dyusberi-Holl qoyub.

Qeyd edək ki, bu qarşılaşma “Everton”un baş məşqçisi Devid Moyes üçün də xüsusi əhəmiyyət daşıyıb. Şotlandiyalı mütəxəssis klubun sükanı arxasında 592-ci oyununa çıxaraq Harri Katterikin rekordunu təkrarlayıb.

Bu qələbə ilə ardıcıl üçüncü dəfə üç xal qazanan “Everton” Premyer Liqanın turnir cədvəlində 16 xalla beşinci pilləyə yüksəlib.

Maraqlıdır ki, “Koventri”nin baş məşqçisi Frenk Lempard qarşılaşmadan sonra hakimlərin VAR qərarlarını tənqid edib. O, bir neçə epizodda video köməkçi hakim sisteminin düzgün işləmədiyini bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest