Bu gün qadın voleybolçularının Azərbaycan Super Liqasında 2026-2027-ci illər mövsümünə start verilib. Matc.az xəbər verir ki, mövsümün ilk oyun günündə iki qarşılaşma keçirilib.
“Milli Aviasiya Akademiyası” komandası “Gəncə” ilə, “Azərmaş Abşeron” isə “Naxçıvan” klubu ilə üz-üzə gəlib. Bu oyunlarda “Milli Aviasiya Akademiyası” və “Naxçıvan” komandaları 3:0 hesab ilə qalib gəliblər.
“DH Volley” və “Turan” komandalarının iştirakı ilə keçirilməli olan birinci turun qarşılaşmaları (UNEC - “DH Volley”, “AZERRAIL” - “Turan”) isə avrokuboklarda iştirak səbəbindən təxirə salınıb. Həmin görüşlərin keçiriləcəyi tarixlər barədə yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, sabah Super Liqanın II turu çərçivəsində “Murov Az Terminal” – UNEC qarşılaşması keçiriləcək. Oyun saat 14:00-da “Murov Az Terminal” VK-nın idman zalında baş tutacaq.
6 noyabr
Super Liqa (Qadınlar)
I tur
“Milli Aviasiya Akademiyası” - “Gəncə” 3:0 (25:22, 25:17, 25:19)
“Azərmaş Abşeron” - “Naxçıvan” 0:3 (20:25, 13:25, 12:25)













