17 Sentyabr 2024, 21:07
FUTBOL
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Yanq Boys"la (İsveçrə) keçirilən cavab oyunun rəqib komandanın futbolçusuna təpik atan Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın cəzası bəlli olub.
Matc.az xəbər verir ki, UEFA uruqvaylı qapıçını 3 oyunluq diskvalifikasiya edib.
Qeyd edək ki, 38 yaşlı qolkiper sözügedən qarşılaşmanın 87-ci dəqiqəsində fərqlənən Alan Virjinyusa təpik vuraraq münaqişəyə səbəb olub və qırmızı vərəqə ilə cəzalandırılıb.
"Yanq Boys"a hər iki oyunun nəticəsinə görə məğlub olan (2:4) "sarı-qırmızılar" yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək. F.Muslera PAOK (Yunanıstan), RFŞ (Latviya) ve "Elfsborq"la (İsveç) keçiriləcək matçlarda iştirak etməyəcək.