04 Oktyabr 2024, 20:56
FUTBOL
"İnter"in baş məşqçisi Simone İnzaqi oktyabrda millinin oyunlarındakı fasilə zamanı "Mançester Yunayted" rəhbərliyinin İngiltərə klubuna rəhbərlik etmək təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sportitalia" paylaşıb.
Bildirilrir ki, "qırmızı şeytanlar" növbəti beynəlxalq fasilə zamanı niderlandlı mütəxəssis Erik ten Haqın komandanın baş məşqçisi postundan uzaqlaşdırılmasının məqsədəuyğunluğunu müzakirə etməkdə davam edir.
Qeyd edək ki, daha əvvəl mətbuatda "Mançester Yunayted" Massimiliano Alleqrinin də komandanın yeni baş məşqçisi postuna namizədliyini nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.