"Arsenal"ın cinah oyunçusu Bukayo Saka İngiltərə - Yunanıstan matçında (1:2) zədələnib və qarşıdakı oyunları buraxmaq riski var.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football.London" paylaşıb.

Cinah oyunçusu 52-ci dəqiqədə zədə səbəbindən dəyişdirilib və həkimlərin müşayiəti ilə meydanı tərk edib. Britaniyalı futbolçu bud nahiyəsindən zədə alıb.

Onun millinin bu bazar günü Finlandiya ilə növbəti oyununda iştirakı istisna edilir və beynəlxalq fasilədən sonra klubu ilə növbəti oyununda iştirak etmək imkanı əlavə müayinədən sonra dəyərləndiriləcək.

Xatırladaq ki, Premyer Liqa və Çempionlar Liqasının cari mövsümündə Saka "Arsenal"ın heyətində 9 matçda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest