“İnter Mayami”nin kapitanı Lionel Messi “Barselona”ya qayıda bilər. Matc.az xəbər verir ki, bu barədə “Gol Digital” məlumat yayıb.

Bildirilib ki, argentinalı hücumçunun MLS klubu ilə müqaviləsi gələn ilin sonuna qədərdi. 37 yaşlı forvard 2026-cı ilin əvvəlində azad agent kimi Kataloniya klubuna qoşula bilər. Bununla Messi karyerasını doğma komandasında bitirmək imkanı əldə edəcək.

Qeyd edək ki, Lionel Messi 2024-cü ildə klub səviyyəsində bütün turnirlərdə 24 oyunda 22 qol vurub, 13 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest