"Valensiya" klubu İspaniya Kuboku oyununun növbəti dəfə təxirə salınması xahişini irəli sürüb. Matc.az xəbər verir ki, “yarasalar” ölkə kubokunun birinci mərhələsində "Parla Eskuela" ilə keçirilməli olan matçın növbəti dəfə təxirə salınmasını xahiş edib.

Bu barədə klubun mətbuat xidməti bəyanat yayıb. Bəyanatda bildirilib ki, futbol ikinci plandadı və daşqınlarda həlak olanların yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, kubok matçı əvvəlcə oktyabrın 30-na planlaşdırılsa da, regiondakı vəziyyətlə əlaqədar noyabrın 6-na keçirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest