İsveç yığması UEFA Millətlər Liqasının son iki turunda Slovakiya və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunlar öncəsi heyətdə problemlərlə üzləşib. Matc.az xəbər verir ki, Uqo Larsson Skandinaviya komandasından kənarda qalıb.

Buna səbəb “Ayntraxt”ın oyunçusunun zədələnməsi olub. Onun əvəzinə U-21-ə çağırılan “Malmö”nün müdafiəçisi Nils Zätterström əsas yığmaya qoşulub. “Malmö”nün digər üzvü Uqo Bolin də zədədən əziyyət çəkir. Onun komandadan kənarlaşdırılıb-kənarlaşdırılmayacağına yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, İsveç yığması noyabrın 16-da Slovakiya, 19-da isə Azərbaycan millisi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest