13 Noyabr 2024, 01:09
FUTBOL
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq "Real Sosyedad"la (0:1) görüşün fasiləsində göz yaşlarını saxlaya bilməyib.
Matc.az xəbər verir ki, buna səbəb onun yenidən ağır zədə alması təhlükəsi ilə üzləşməsidir.
Niderdanlı futbolçu birinci hissədə topuğuna və dizinə aldığı zədələr üzündən fasilədə əvəzlənib. O, sağ dizində ağrılar hiss etdiyindən məşqçi heyəti riskə getməyib.
Qeyd edək ki, De Yonq Niderland yığmasının heyətinə yollanıb və onun Millətlər Liqasında oynaması gözlənilir.