12 Fevral 2025, 13:54
FUTBOL
“Əl Nəsr” “Liverpul”un hücumçusu Darvin Nunyesin transferindən əl çəkmir. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu artıq ikinci dəfə ingilislərin qapısını döyüb.
Ərəblərin ikinci təklifi 75 milyon avro olub. Üstəlik, əlavə bonusların ödənilməsi də nəzərdə tutub. Uruqvay millisinin üzvü ilə danışıqlar da müsbət məcrada davam edir. Ancaq yeni hücumçu transferini həyata keçirə bilməyən “Liverpul” forvardı satmaq fikrindən uzaqdı.
Qeyd edək ki, Darvin Nunyes bu mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 4 qol vurub.