Gələn il keçiriləcək Avropa çempionatının final mərhələsi üçün oyunların bilet qiymətləri açıqlanıb. Maraqlıdı ki, ən ucuz bilet 30 avro olacaq ki, bunu da yalnız Bakı, Buxarest və Budapeştdə əldə etmək mümkündü.

Gələn il keçiriləcək Avropa çempionatının final mərhələsi üçün oyunların bilet qiymətləri açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Maraqlıdı ki, ən ucuz bilet 30 avro olacaq ki, bunu da yalnız Bakı (Azərbaycan), Buxarest (Rumıniya) və Budapeştdə (Macarıstan) əldə etmək mümkündü. Bu şəhərlərədə qrup və 1/4 final mərhələsinin qarşılaşmalarının bilet qiyməti 30 avro (təxminən 57 manat) təşkil edəcək.

Ən bahalı bilet isə yarışın finalına olacaq. Londondakı həlledici görüşü tribunadan izləmək istəyənlər 945 avrolarından keçməli olacaq. Bilet satışının birinci mərhələsi bu il, iyunun 12-dən iyulun 12-dək olacaq. ümumi ictimaiyyətə 1,5 milyon bilet satılacaq.

Qeyd edək ki, Avropa çempionatı gələn il 12 iyun - 12 iyul tarixləri arasında 12 şəhərdə təşkil ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest