"Qrupdan çıxmaq istəyən komanda Azərbaycanla oyunda büdrəməməlidi. Ancaq qələbə üçün çox yaxşı oynamalı və sona qədər mübarizə aparmalıyıq. Çünki Xorvatiya ilə matçımız göstərdi ki, favorit kağız üzərində olur".

"Dzudzak hazırkı heyətdə mənim üçün ən öndə gələn oyunçudu. O, milli komanda məsuliyyətini yaxşı dərk edir. Balaş əvvəllər klub kapitanı olub, indi isə millinin kapitanlıq sarğısını daşıyır. Dzudzak milliyə dəvət almaqdan qürur duyur".

Matc.az xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib. AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu iyunun 8-də yığmamıza qarşı keçirəcək macarlar Bakıya iddialı gələcəklər. Rossi 3 xal qazanmaq məcburiyyətində olduqlarını söyləyib: "Qrupdan çıxmaq istəyən komanda Azərbaycanla oyunda büdrəməməlidi. Ancaq qələbə üçün çox yaxşı oynamalı və sona qədər mübarizə aparmalıyıq. çünki Xorvatiya ilə matçımız göstərdi ki, favorit kağız üzərində olur. Hər şey meydanda həll olunur".

Macarıstan millimizlə qarşılaşmadan 3 gün sonra Uelsi qəbul edəcək. İtaliyalı mütəxəssis bu üzdən hər iki oyunun hazırlıqlarının indidən görüləcəyini deyib: "Azərbaycanla oyundan sonra Uelslə matça hazırlaşmaq üçün vaxtımız olmayacaq. İki həftə öncədən toplaşmağımızın səbəbi də hər iki görüşə eyni anda hazırlaşmaq istəyidi. Bilirik ki, bu, asan olmayacaq. Gələcəkdə böyük işlər görə bilərik. Ancaq indi azarkeşlərimizin dəstəyinə çox ehtiyacımız var".

Qeyd edək ki, Macarıstan yığması iyunun 8-də Bakıda Azərbaycan, 11-də isə Budapeştdə Uelslə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest