"Çelsi"nin yarımmüdafiəçisi Joao Feliks bu yay "Flamenqo"ya keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" paylaşıb.
Bildirilir ki, Braziliya klubu yarımmüdafiəçini klublararası dünya çempionatı üçün transfer etmək istəyir. "Flamenqo"nun rəhbərliyi turnirin uğurlu olacağına ümid edir və ilk oyuna qədər heyəti gücləndirmək niyyətindədir. "Çelsi"yə məxsus portuqaliyalı, klubun əsas hədəflərindən biri hesab olunur.
Feliksin fevraldan bəri 16 oyun keçirdiyi "Milan"da icarə müddəti başa çatmaq üzrədir. Milan klubu isə müqaviləni uzatmağı planlaşdırmır.
Portuqaliyalının London klubu ilə müqaviləsinin bitməsinə hələ 6 il var. Hazırda onun Braziliyaya icarə əsasında getməsi ən çox ehtimal olunan ssenari kimi görünür.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.