Böyüklər üçün kino aktrisası Şarlotta Laviş "İnter"in ulduz futbolçusu Markus Turamı məişət zorakılığında ittiham edib.
Matc.az xəbər verir ki, o, sosial şəbəkədə futbolçu tərəfindən döyülmə izlərini əks etdirən 8 dəqiqəlik video yayımlayıb.
Videonun Çempionlar Liqasının "Barselona" ilə ən vacib oyunu ərəfəsində internetdə peyda olması maraq doğurur. Laviş iddia edir ki, Turam hələ "Borussiya"da oynayan zaman onu otağa bağlayaraq, çəkdiyi videonu silmək üçün ona hücum edib.
Abunəçilərin Lavişdən niyə bu videonu 3 ildən sonra paylaşdığını soruşduqda, o, hər hansı bir maddi fayda əldə etmək üçün yol axtarmadığını və Turamın buna görə cəzalandırılmayacağına inandığını deyib.
Qeyd edək ki, Turam bu mövsüm "İnter"in heyətində keçirdiyi bütün oyunlarda 18 qol vurub və 5 məhsuldar ötürmə edib.