06 May 2025, 00:51
FUTBOL
İtaliyalı yarımmüdafiəçi Jorginyo karyerasını Braziliya çempionatında davam etdirəcək.
Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu azad agent kimi "Arsenal"dan ayrılaraq "Flamenqo" ilə 3 illik müqavilə imzalayacaq.
Hazırda formal işlər gedir, lakin ilkin razılaşma yaxın günlərdə imzalanacaq.
İtaliya millisinin sabiq üzvü "Arsenal"la müqaviləsini ləğv etdikdən sonra rəsmi açıqlma verəcək. Yarımmüdafiəçinin klublararası dünya çempionatına qədər yeni kluba keçəcəyi gözlənilir.
Qeyd edək ki, Jorginyo bu mövsüm Premyer Liqada 14 oyun keçirib, lakin fərqlənə bilməyib. "Transfermarkt" portalında futbolçunun dəyəri 8 milyon avrodur.