Əfsanəvi mütəxəssis Pelenin bütün zamanların ən yaxşı oyunçusu olduğunu deyib.

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson hansı futbolçunu tarixin ən yaxşısı hesab etdiyi sualına cavab verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Give me Sport" paylaşıb.

Əfsanəvi mütəxəssis Pelenin bütün zamanların ən yaxşı oyunçusu olduğunu deyib.

Ser Alex Ferguson futbol tarixinin ən uğurlu menecerlərindən biridir. O, 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub, 13 Premyer Liqa, 5 İngiltərə Kuboku və 2 UEFA Çempionlar Liqasının qalibi olub.

Əfsanəvi braziliyalı Pele futbol tarixin ən böyüklərindən biridir. 23 oktyabr 1940-cı ildə anadan olub. Karyerası ərzində 1000-dən çox qol vurub. O, Braziliya yığması ilə 3 dəfə dünya çempionu olub (1958, 1962, 1970) - bu günə qədər heç kim bu rekordu qıra bilməyib. Pele texnikası, sürəti və idman ruhu ilə tanınırdı. 29 dekabr 2022-ci ildə vəfat edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest