"Tottenhem"in yarımmüdafiəçisi Ceyms Maddison Avropa Liqasının yarımfinalında "Bodo-Qlim"lə ilk oyunda (3:1) zədələnib.

Matc.az xəbər verir ki, ertəsi gün səhər məlum olub ki, zədə ilkin ehtimal ediləndən daha ciddidir. Bu, rentgen çəkilişindən sonra təsdiqlənib.

Oyunçunun diz bağındakı zədə ilə bağlı testlərdən keçdiyini və bunun dərəcəsinin yaxın 48 saat ərzində açıqlanacağını bildirilirb.

Maddison Avropa Liqasının mayın 8-də Norveçdə baş tutacaq yarımfinalın cavab matçında iştirak edə bilməyəcək. O, həmçinin "Spurs"un finala yüksələcəyi təqdirdə finalda oynamayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest